Interposta.Info

"Azeri Light" nefti yenidən bahalaşdı

İqtisadiyyat
 15-06-2022, 09:25     626

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

İnterPosta"xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,57 ABŞ dolları və ya 3,5% artaraq 133,34 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 121,17 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26