Interposta.Info

Azərbaycan neftinin qiyməti 130 dolları ötdü

İqtisadiyyat
 9-06-2022, 09:35     100

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"İnterPosta"xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,08 ABŞ dolları və ya 1,63% artaraq 130,02 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 123,58 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26