Interposta.Info

Neftimizin qiyməti 95 dolları ötdü

İqtisadiyyat
 4-02-2022, 12:33     325

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,52% artaraq 95,07 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 91,56 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26