Interposta.Info

Azərbaycan neftinin qiyməti 90 dolları keçdi

 

İqtisadiyyat / Manşet
 19-01-2022, 12:56     311

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,8% artaraq 90,56 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ötən gün "Brent” markalı neftin bir bareli 89,56 ABŞ dolları olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26