Interposta.Info

ABŞ-da yanacağın rekord dərəcədə bahalaşması davam edir

 

İqtisadiyyat
 16-05-2022, 15:06     189

Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları ABŞ iqtisadiyyatına zərbə vurmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, təkcə son bir həftə ərzində yanacağın qiyməti maksimum səviyyəni dörd dəfə təzələyib.

Neft və Qaz Assosiasiyasının rəhbəri Tim Stüart son yarım əsrdə energetika sahəsində yaranmış ən pis vəziyyətə görə Bayden administrasiyasını təqsirləndirib. Stüart bəyan edib ki, ABŞ hakimiyyət orqanlarının bu vəziyyətdən çıxmağa kömək edə biləcək strategiyası yoxdur.

ABŞ hökuməti benzinin qiymətinə təzyiqi zəiflətmək üçün artıq iki dəfə strateji ehtiyatlara müraciət edib. Keçən il noyabr ayında Prezident administrasiyası strateji ehtiyatlardan 50 milyon barel yanacaq buraxılmasına icazə verib, çünki yanacaq tədarükü ilə bağlı problemlər enerji bazarında effektivliyi azaldır. Martın 1-də Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar qiymət təzyiqinə davam gətirmək üçün Prezident Bayden daha 30 milyon barel neft buraxılması barədə sərəncam imzalayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26