Interposta.Info

ABŞ-ın neft ehtiyatları 9 mln. barel artıb - RƏSMİ

İqtisadiyyat
 30-04-2020, 10:16     387

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 8,99 mln. barel artaraq 527,63 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 10,62 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26