Interposta.Info

ABŞ açıqladı: Azərbaycan 2020-ci ildə nə qədər neft hasil edəcək?

İqtisadiyyat / Paradoks
 15-12-2019, 21:47     552

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) dekabr ayında enerji bazarının icmalında dərc edilmiş proqnoza görə, 2019-cu ildə Azərbaycanda neft və kondensat hasilatı gündə orta hesabla 0,79 milyon barel təşkil edəcək.

"İnterPosta.info" Trend-ə istinadən xəbər verir ki, EIA-nın proqnozlarına görə, 2019-cu ilin dördüncü rübündə hasilatın gündə 0,76 milyon barel olacağı gözlənilir.

Azərbaycanda neft və kondensat hasilatının 2020-ci il üçün rüblük proqnozu belədir: 2020-ci ilin birinci və ikinci rüblərində gündə 0.77 milyon barel və 0.76 milyon barel, üçüncü və dördüncü isə gündə 0.75 milyon barel.

EIA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatının həcmi gündə 0,81 milyon barel təşkil edib.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri Light" markalı yüngül neft hasil edən "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun payına düşür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26