Interposta.Info

Dollar yenidən bahalaşacaq? (AÇQLAMA/VİDEO)

İqtisadiyyat
 24-12-2021, 09:52     282

Son günlər ölkəmizdə dolların bahalaşacağı ilə bağlı söz-söhbətlər artıb. Buna səbəb Azərbaycanda və dünyanın bir çox ölkəsində qeyd ediləcək Yeni il bayramı ilə əlaqədar xarici valyutaya tələbatın artmasıdır.

"İnterPosta" "Xəzər Xəbər"ə istinadən məlumatına görə, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, ilin sonu ilə əlaqədar büdcə xərcləmələrinin artması və köçürmələrin çoxalması nəticəsində dövriyyədə pul kütləsinin artması valyuta bazarına təzyiq yaradır.

Lakin dolların bahalaşacağı ilə bağlı gəzən söz-söhbətlərin yəganə səbəbi bu deyil.

Onun fikrincə, Türkiyənin milli valyutası olan lirənin sürətlə ucuzlaşması cəmiyyətə psixoloji təsir edirdi və xarici valyutaya tələbi artırırdı: "Lakin artıq hər iki səbəb öz aktuallığını itirib. Neftin qiyməti yenidən artıb, lirə isə 35 faiz həcmində bahalaşıb".

Qeyd edək ki, hər ilin son günlərində xaricə səfərlər çoxalır. Həmçinin istehlak mallarının artması fonunda idxal da artır və nəticədə xarici valyutaya tələb çoxalır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26