Interposta.Info

Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq - Tarix açıqlandı

İqtisadiyyat / Manşet
 23-10-2019, 13:03     10 622

Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26