Interposta.Info

Bu işçilərin orta aylıq əməkhaqqı artdı

 

İqtisadiyyat
 16-12-2021, 00:50     40 607

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.

"İnterPosta" bu barədə açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda 674 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26