Interposta.Info

Bu sahədə çalışanların maaşı artdı

Ölkə
 18-08-2021, 19:37     616

Yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Hit.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 milyard 230,7 manat, qeyri-neft-qaz sektorunda 673,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 639,5 manat, özəl müəssisələrdə isə 827 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26