Interposta.Info

Komitə əhalinin nominal gəlirlərini AÇIQLADI

İqtisadiyyat
 16-03-2021, 21:46     432

İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri 7979,9 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən "İnterPosta"ya verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7136,9 milyon manatlıq vəsait qalıb.

2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalaraq 690,9 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3420,5 manat, qeyri neft-qaz sektorunda 633,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 603,4 manat, özəl müəssisələrdə isə 796,3 manat olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26