Interposta.Info

Qazaxıstanda dizel yanacağı qıtlığı davam edəcək

İqtisadiyyat
 8-11-2017, 16:29     7 722

Qazaxıstanın Pavlodar neft-kimya zavodunda modernizasiya işlərinin yekunlaşması vaxtının dəyişməsi ilə əlaqədar bu ölkədə dizel yanacağı qıtlığı dekabr ayının ortalarına qədər uzana bilər.

interposta.info Sputnik-ə istinadən xəbər verir ki, bu barədə zavodun keçmiş baş direkoru Şuxrat Danbay Energetika Nazirliyində keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da böyük həcmdə “Euro-4” və “Euro-5” standartına uyğun yüksək oktanlı benzin istehsal etməyə imkan verən yeni katalitik krekinq qurğusunun sınaqdan keçirilməsi planlaşdırılır.

“Məlum olub ki, zavodda daha bir böyük problem var. Bir neçə həftədir ki, dizel yanacağı üçün vacib olan hidrogen istehsalı qurğusu çalışmır. Onun təmiri dekabrın ortalarına qədər uzana bilər. Bu isə ölkədə dizel yanacağı qıtlığına səbəb olur”, - deyə Ş.Danbay qeyd edib.

Energetika naziri Kanat Bozumbayev isə bildirib ki, artıq zavodda dizel yanacağı istehsalında azalma var: “Noyabr və dekabr aylarında zavodda dizel yanacağı istehsalının hər iki ayda 125 min ton azalaraq 150 min tondan 25 min tona enməsi gözlənilir. Bu, çox qalmaqallı bir vəziyyətdir”.

“KazMunayQaz” şirkəti İdarə Heyətinin sədri Sauat Mınbayev isə deyib ki, şirkət zərərlə işləyərək daxili bazarda hazırkı qiymətə (157-160 tenge/litr) satmaq üçün Rusiyadan dizel yanacağı almağa qərar verib.

Qeyd edək ki, Qazaxıstanın energetika naziri ölkənin 3 neft emalı zavodunun modernizasiya məsələsinin müzakirəsi ilə bağlı iclas keçirib. İclasdan sonra “KazMunayQaz”ın Dierktorlar Şurasının qərarı ilə Ş.Danbay vəzifəsindən azad edilib. Pavlodar neft-kimya zavodunun direktoru vəzifəsinə Ospanbek Alseitov təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26