Interposta.Info

Bakıda dizel yanacağı ilə bağlı - Rəsmi açıqlama

İqtisadiyyat
 6-08-2018, 20:29     10 604

Altı ayda Bakıda dizel yanacağı istehsalı 6 faizədək artıb.

Bakı Şəhər Statistika İdarəsindən Axar.az-a bildirilib ki, bu ilin yanvar-iyun aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 593,7 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,4 faiz artıb.

Yarım ildə yanacaq mazutunun istehsalı 86,2 faiz, avtomobil benzininin istehsalı 0,6 faiz azalıb.

Ağ neftin istehsalı 2,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 14,8 faiz, dizel yanacağı istehsalı 5,9 faiz, sürtkü yağlarının istehsalı 3 dəfə, neft bitumunun istehsalı 79,6 faiz, neft koksunun istehsalı isə 22,8 faiz artıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26