Interposta.Info

Azərbaycanda "Avro-5" dizel və benzin istehsal ediləcək -

İqtisadiyyat
 2-06-2017, 12:13     712

Azərbaycanda Avro-5 satandarlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək. Xezerxeber.az məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür.

Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

Natiq Əliyev bildirib ki, 2020-ci ildə "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək.

Bununla yanaşı dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.

30 ölkəni təmsil edən 400- dən çox nümayəndənin iştirak etdiyi Beynəlxalq Xəzər neft , qaz konfransı 2 gün davam edəcək. Burda müxtəlif dövlətlərin nümayəndləri, aparıcı neft-qaz şirkətlərinin rəhbərləri və ekspertlər dünyada enerji hasilatı, idarə edilməsi və nəqli üzrə məsələləri müzakirə edəcək, məruzələrlə çıxış edəcəklər.

interposta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26