Interposta.Info

Üç rayonunun su təchizatı məhdudlaşdırılır

İqtisadiyyat
 6-10-2017, 16:38     9 776

Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən interposta.info-a verilən məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

Bununla əlaqədar oktyabrın 6-da, gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26