Interposta.Info

Bakının bəzi ərazilərində içməli suyun verilməsini dayandırıldı (SƏBƏB)

Ölkə
 25-11-2019, 10:38     420

"Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.

Bu barədə "İnterPosta.info"ya qurumdan bildirilib.

Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

"Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”-deyə məlumatda qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26