Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI
Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən İnterPosta.info-ya verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26