Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır
Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxacaq.
Goldmedia.az xəbər verir ki, "Throttarvöllur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.
"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.
Cütün qalibi 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
16 iyul
00.00 Vestri (İslandiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun.
VAR: Tomaş Koçourek.
AVAR: Ondrjey Berka.
"Throttarvöllur" stadionu.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





