Interposta.Info

Qarabağın bərpası Azərbaycanın gücünün və siyasi iradəsinin təzahürüdür

Siyasət
 Bu gün, 01:07     23

  • Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışında azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinə xüsusi yer ayrıldı. Dövlət başçısının qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur qısa müddət ərzində dünyanın ən böyük bərpa layihələrinin həyata keçirildiyi bölgələrdən birinə çevrilib.

Bu gün yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri tikilir, müasir yol və enerji infrastrukturu yaradılır. Dost ölkələrin və xarici şirkətlərin bu prosesdə iştirak etməsi isə Azərbaycanın həyata keçirdiyi layihələrə olan beynəlxalq etimadın göstəricisidir.

Qarabağın yenidən dirçəldilməsi təkcə iqtisadi layihə deyil, həm də tarixi ədalətin bərpasıdır. Vaxtilə dağıdılmış şəhər və kəndlər bu gün yeni həyat qazanır, doğma yurdlarına qayıdan insanlar üçün hər cür şərait yaradılır.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mühüm nəticələrindən biridir və Azərbaycanın davamlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir.

Səadət Əsədullayeva

Tarixçi, Siyəzən 2 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26