Şuşa Qlobal Media Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir
Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq məkanına çevrilib. IV Şuşa Qlobal Media Forumunda 50-dən çox ölkədən yüzlərlə media nümayəndəsinin və beynəlxalq təşkilat təmsilçilərinin iştirakı bunun əyani sübutudur.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini, regional əməkdaşlığa verdiyi töhfələri və informasiya təhlükəsizliyi sahəsində baxışlarını əhatə etdi. Xüsusilə dezinformasiya ilə mübarizə, media məsuliyyəti və obyektiv informasiya mühitinin formalaşdırılması barədə fikirlər böyük maraq doğurdu.
Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi etibarlı tərəfdaş kimi tanınır. Şuşada keçirilən Forum da göstərir ki, ölkəmiz qlobal məsələlərin müzakirəsinə mühüm töhfə verməyə qadirdir.
Əminliklə demək olar ki, belə beynəlxalq platformalar Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır və ölkəmizin nüfuzunu daha da gücləndirir.
Sürəyya Hüseynova
Pensiyada olan ədəbiyyatçı müəllim
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




