Interposta.Info


Şəmkirdə 11 nəfər restoranda zəhərləndi
 

Ölkə
 Bu gün, 11:51     6

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Goldmedia.az xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.
Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.
Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.
TƏBİB-dən bildirilib ki, zəhərlənmə şübhəsi ilə doqquz qadın, iki kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26