Interposta.Info

İranlı qız çimərlik paltarı ilə gözəllik müsabiqəsinə qatılır -

Maqazin
 9-01-2017, 12:12     1 871

İranlı qız çimərlik paltarı ilə gözəllik müsabiqəsinə qatılır -
İranda hökumət gözəllik müsabiqələrinə icazə verməsə də, özəl şirkətlər tərəfindən qadınlar üçün belə yarışmalar təşkil edilir.

4 ildən bir keçirilən, münsiflər heyəti, eləcə tamaşaçıları ancaq qadınlar olan bu müsabiqənin qalibi olan Sonya Beytuşi bu il Vyetnamda keçiriləcək dünya gözəllik müsabiqəsində ölkəsini təmsil edəcək.

"2017 Miss Grand International” müsabiqəsində İranı təmsil edəcək nümayəndə islam ölkəsinin qaydalarına tamamilə əks olan geyimlərdə podiuma çıxacaq. Belə ki, o, müsabiqənin şərtlərindən olan çimərlik paltarı geyinməyi də qəbul edib. Bir çoxlarının fikrincə, çimərlik paltarı ilə görüntüləndikdən sonra Sonya Beytuşinin ölkəsinə qayıtması çətin mümkün olsun.

Ancaq S.Beytuşi özü bu barədə nikbin düşünür. Cebhe.info xəbər verir ki, S.Beytuşi Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Bərzaniyə bağlılğı ilə seçilən "Rudaw”a müsahibə verib.

"İran hökuməti ölkədə belə müsabiqələrə icazə vermir, amma özəl şirkətlər keçirir. 2014-cü ildə Şadi Osman seçilmişdi, "Miss Grand International”a da qatılmışdı. Amma heç bir problem çıxmadı. Bütün İran onu gözəllik kraliçası kimi görür. Bu il də mən yarışmaya qatılacağam. Şərtlərdən biri də çimərik geyimində olmaqdır. Mən şərtləri qəbul etmişəm, mənə görə şərtlər dəyişdirilməyəcək ki...

125 ölkənin nümayəndəsi qatılır. Mən indiyə qədər heç bir yanlışlığa yol vermədim. İranda siyasətə qarışmadığınız təqdirdə sizə də kimsə müdaxilə etmir”,- deyə bildirib. //Cebhe.info

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26