Interposta.Info

Lider TV-nin aparıcısı dünya gözəli oldu -

Maqazin
 4-05-2017, 07:22     1 954

Lider TV-nin aparıcısı Səhər Əkbər Miss Union-2017 beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

interposta.info Publika.az-a istinadən xəbər verir ki, müsabiqə Vyana şəhərində keçirilib. Bu barədə “Miss Union” müsabiqəsinin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi Gülnarə Xəlilova deyib.


Dildora Curayeva (Özbəkistan) birinci vitse-miss, Yuliya Qranovili (Yunanıstan) ikinci vitse-miss, Anna Kankiya (Gürcüstan) “Miss Online” və “Miss Photo Model”, Yekaterina Reykova (Ukrayna) “Miss tamaşaçı simpatiyası” və “Miss Fashion” adlarına layiq görülüblər.

Müsbiqədə Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Yunanıstan, Gürcüstan, Kipr, Livan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya və digər ölkələrin nümayəndələri iştirak edib. Azərbaycanı isə müsabiqədə Səhər Əkbər Gülnarə Xəlilova moda evinin libaslarında təmsil edib.

Qələbə Avropanın ən qədim və gözəl şəhərlərinin birində, möhtəşəm arxitekturası olan və aralarında Motsart, Bethoven, Qaydn, Şubert, Mendel və Freydin olduğu alim və incəsənət xadimlərindən ibarət məşhurlar ordusunun vətəni Vyanada layiqli şəkildə qazanılıb”.

Münsiflər heyətinin tərkibinə müsabiqənin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Yunanıstandakı rəsmi nümayəndəsi və milli direktoru Gözəl Hansen, Almaniyadakı rəsmi nümayəndəsi Lara Ta, Gürcüstandakı milli direktoru və rəsmi nümayəndəsi Maya Xutsişvili, Birləşmiş Ərəb Əmirliklərindəki milli direktoru Maryan Makram daxil olublar. Sosial şəbəkələrdə irəliləyiş üzrə menecer Fərrux Seyfullayevdir (Özbəkistan). “Miss Union” müsabiqəsinin baş direktoru və qurucusu Gülnarə Məhəmmədovadır (Özbəkistan).

“Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə uyğunlaşdıraraq müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ölkələrini ənənələr, gözəllik və mehribanlıq məcmusu qismində təmsil etmək imkanıdır. Müsabiqənin əsas devizi: “Dünyanı gözəllik xilas edəcək”. Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir – xarici görünüş, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

Xatırladaq ki, “Miss Union 2016”nın finalı avqustda Bakıda keçirilib. Müsabiqənin qalibi gürcüstanlı Maya Amaşukeli olub.

interposta.info
Lider TV-nin aparıcısı dünya gözəli oldu -
Lider TV-nin aparıcısı dünya gözəli oldu -
Lider TV-nin aparıcısı dünya gözəli oldu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26