Interposta.Info

Lider TV-nin dünya gözəli seçilən işçisi danışdı –

Maqazin
 4-05-2017, 19:48     716

Qalib gələcəyimi gözləmirdim. Nəticələr açıqlananda çox təəccübləndim.

Bu sözləri Kult.az-a Miss Union-2017 beynəlxalq gözəllik müsabiqəsinin qalibi, Lider TV-nin aparıcısı Səhər Əkbər deyib. O, əvvəlcə müsabiqəyə qatılmaq istəmədiyini bildirib:

“Təklif modelyer Gülnarə Xəlilovadan gəldi. Əvvəlcə müsabiqəyə qatılmaqda tərəddüd edirdim. Gəlirin xeyriyyə məqsədi üçün istifadə olunacağını öyrəndikdən sonra razılaşdım. Uğurlu və maraqlı müsabiqə oldu. Nəticələr açıqlananda çox təəccübləndim. Çünki Gürcüstanı təmsil edən qızın qalib olacağını düşünürdüm. Amma o, 5-ci yerə layiq görüldü. Mükafat olaraq mənə tac və Afinaya iki nəfərlik səyahət bileti verildi”.

Qeyd edək ki, Lider TV-nin aparıcısı Səhər Əkbər Miss Union-2017 beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Müsabiqədə Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Yunanıstan, Gürcüstan, Kipr, Livan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya və digər ölkələrin nümayəndələri iştirak ediblər.

interposta.info
Lider TV-nin dünya gözəli seçilən işçisi danışdı –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26