"Fənərbağça" Coau Pedro ilə yollarını ayırdı

Joze Mourinyonun komandada istəmədiyi Coau Pedro ilə "Fənərbağça" klubu yollarını ayırıb.
"İnterPosta" Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubu Coau Pedro ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Xatırladaq ki, 2022-ci ildə "Kalyari" klubundan transfer olunan Coau Pedro ötən mövsümü "Qremio" klubunda keçirib.
Qeyd edək ki, Coau Pedro "Fənərbağça" forması ilə çıxdığı 28 matçda beş qol vurub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26