Interposta.Info

 

Adrian Mutulu “Neftçi” “Fənərbağça” ilə üz-üzə - AFİŞA

İdman
 15-07-2023, 09:22     374

Sankt-Peterburqda təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün “Match TV” Kubokunda sonuncu oyununu keçirəcək.

"İnterPosta" xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.

Saat 15:00-da start götürəcək matçla turnirə yekun vurulacaq. Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olacaq.

Qeyd edək ki, Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub. Komanda bu nəticə ilə 4 komandalı turnirdə axırıncı yeri tutur. “Fənərbağça”nın isə 1 xalı var. “Neftçi” turnirdə sonuncu olmamaq üçün qələbə qazanmalıdır.

“Match TV” Kuboku
III tur

15 iyul

15:00. “Neftçi” (Azərbaycan) - “Fənərbağça” (Türkiyə)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26