Interposta.Info

"Neftçi"nin baş məşqçisi: "Nəticə məni qane etmədi"

İdman
 11-07-2022, 19:05     350

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Sivasspor”la oyunu şərh edib.

"İnterPosta"xəbər verir ki, mütəxəssis "Neftçi TV"yə açıqlamasında bunları söyləyib:

"Oyundan razı qaldım, amma nəticə məni qane etmədi. Qol epizodlarını sağa-sola xərclədik. Son həftə bizim üçün ağır oldu. Ağır məşqlər keçdik. Hər oyunda A və B sistemi olur. Oyunçular hər iki sistemə hazır olmalıdır. Bunların hamısını oyunda görə və yoxlaya bilirik. Çünki məşq prosesi zamanı o qədər də oyun stressi, rəqib olmur. Ona görə də bunu yoldaşlıq matçlarında yoxlamağa çalışırıq".

"Neftçi"nin üçüncü yoxlama matçı iyulun 14-nə planlaşdırılsa da rəqib və saat hələ məlum deyil.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26