Interposta.Info

Pedro Enrike: "Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq"

İdman
 26-09-2017, 18:52     10 471

“Qarabağ”ın heyətində bu turnirdə çıxış etməkdən böyük qürur hissi duyuram”.

Musavat.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike deyib. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Roma”nı qəbul edəcək.

Matçdan öncə keçirilən mətbuat konfransına “Qarabağ”ın yeni transferi Pedro da qatılıb. O, “Roma” ilə keçiriləcək matçla bağlı fikirlərini bildirib: “Komandamızı ağır sınaq gözləyir. Bizim üçün çox çətin olacaq. Bu turnirdə oynamaq təkcə mənim yox, hamımız üçün qürurvericidir. İlk ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26