Interposta.Info

"Almeyda Azərbaycan millisində oynayır, ancaq mən..." - Enrike

İdman
 28-07-2018, 21:44     10 477

“Qriqorçuku Azərbaycan çempionatından tanıyıram. “Qəbələ” klubunu çalışdırırdı. Onun çox yaxşı oyun fəlsəfəsi var. Ümid edirəm ki, baş məşqçi ilə hər şey qaydasında gedər”.

Qol.az-ın məlumatına görə, bu sözləri yayda “Qarabağ”dan ayrılan hazırda “Astana”da çıxış edən Pedro Enrike deyib.

Braziliyalı yarımmüdafiəçi “Sports.kz”a müsahibəsində həmyerlisi, komanda yoldaşı və “Qarabağ”da birgə çıxış etdiyi millimizin üzvü Riçard Almeydanın oyunu barədə də danışıb: “Riçard çox yüksək texnikaya malik futbolçudur. Ağıllı futbol oynayır. Bunu sözgəlişi demirəm. Biz çox yaxşı dostuq. Ümid edirəm ki, Riçard “Astana”da da əsl oyununu göstərəcək və onun üçün hər şey yaxşı olacaq. O, Azərbaycan millisində çıxış edir, ancaq mən 3 ildir bir yerdə uzun müddət qala bilmirəm. Azərbaycan pasportunu əldə etmək üçün 5 il orada oynamaq lazımdır. Hazırda mənim ürəyim Braziliya millisi ilə döyünür. Ancaq ora düşmək çox çətindir. Orda yüksək səviyyəli futbolçular çıxış edir. Bu üzdən də “Astana”nın oyunlarına köklənəcəm”.

P.Enrike “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olmasını da xatırlayıb: “Qarabağ”ın heyətində vurduğum qolu yaxşı xatırlayıram. Ümid edirəm ki, “Astana”da da bunu bacaracam. Ancaq qrupa düşmək üçün əvvəlcə təsnifat mərhələlərini keçməliyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26