Interposta.Info

Azərbaycan millisinin futbolçusu Qazaxıstan çempionu olub

İdman
 27-10-2018, 22:18     10 466

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Astana" komandasının heyətində Qazaxıstan çempionu olub.

"Şəhərlilər" buna Premyer Liqanın XXXI turunda "Kayrat"ın "İrtış"a 0:1 hesablı məğlubiyyətindən sonra nail olublar. Bununla da "Astana" çempionatın sonuna 4 oyununun qalmasına baxmayaraq, ən yaxın rəqibi "Kayrat" üçün əlçatmaz olub. Bu komanda ardıcıl 5-ci dəfə ölkə çempion olaraq, rekorda imza atıb. Əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe" ilə bərabərləşib.

Qeyd edək ki, Riçard Almeyda Qazaxıstan komandasına yayda "Qarabağ"dan keçib. "Astana"nın heyətində Azərbaycan klubunun daha bir sabiq futbolçusu Pedro Enrike icarə əsasında çıxış edir. Komandanın baş məşqçisi isə bir müddətdir şəxsi problemləri ilə əlaqədar hazırlıqlarda iştirak etməyən Roman Qriqorçukdur. Qriqorçuk daha əvvəl "Qəbələ"yə rəhbərlik edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26