Interposta.Info

“Qarabağ” – “Roma” oyunu- CANLI YAYIM

Gündəm
 27-09-2017, 21:28     11 215

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulur.

interposta.info xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxır.

Hazırda Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edir. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Qeyd edək ki, qrupun digər oyununda isə “Atletiko” “Çelsi”ni qəbul edəcək.



C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias

Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares

Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro

Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26