Interposta.Info

“Fənərbağça” Avropanın ən yaxşısı oldu

 

İdman
 31-10-2023, 22:25     21 655

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İstanbul “Fənərbağça” klubu 2023/2024 mövsümündə iştirak etdiyi 19 rəsmi oyunun hamısında qalib gəlib. Bu qələbələrdən 11-ində komanda qapısını toxunulmaz saxlamağı bacarıb. Avropanın ən yaxşı 10 liqasında heç bir komanda bu mövsüm bütün yarışlardakı oyunlarında qalib gəlməyib.

Keçirdiyi görüşlərdə Türkiyə klubu 58 dəfə rəqib qapısına zərbə endirib, 10 top buraxıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 10 matçdan sonra 30 xalla məhz “Fənərbağça” təkbaşına başçılıq edir. Bu komandanın ən yaxın izləyicisi 28 xala malik “Qalatasaray”dır.

“Fənər” Konfrans Liqasının H qrupunda da birinci yerdədir. İsmayıl Kartalın yetirmələri üç oyunda doqquz xal qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26