Interposta.Info

Türkiyə millisindən daha bir qələbə: 4 oyunda maksimum nəticə, 14 qol (VİDEO)

İdman
 15-06-2022, 09:23     357

Türkiyə UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

"İnterPosta"xəbər verir ki, "ay-ulduzlular" Litva yığmasını qəbul edib. Oyun türklərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 37-ci dəqiqədə Kaan Ayhan açıb. 54-cü dəqiqədə isə penaltidən Hakan Çalhanoğlu fərqlənib.

C liqasının 1-ci qrupunda çıxış edən Türkiyə keçirdiyi 4 matçın hamısında qalib gəlib. 12 xalla qrupa liderlik edən "ay-ulduzlular" 14 qol vurub və qapısını toxunulmaz saxlayıb.
[media=https://youtu.be/wDMGyynqvfo]

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26