Türkiyə Rusiyaya qalib gəldi (VİDEO)
UEFA Millətlər Liqasında V turun oyunları keçirilir.
B liqasının 3-cü qrupunda mübarizə aparan Türkiyə millisi ötən axşam Rusiyanı qəbul edib. Oyunda 5 qol vurulub və "ay-ulduzlular" qələbə qazanıb.
Türkiyənin qollarına Kenan Karaman, Cengiz Ünder və Cenk Tosun imza atıb. Rusiyanın heyətində isə Denis Çerişev və Daler Kuzyayev fərqlənib. Rusiya millisinin üzvü Andrey Semenov 24-cü dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, Rusiya 5 turda 8 xal qazanıb və Macarıstanla birlikdə qrupa başçılıq edir. 6 xalı olan Türkiyə 3-cü pillədə qərarlaşıb./qaynarinfo
GoldMedia.Az
[frame=https://hdmacozeti.elupload.com/embed/K4vKQ6HLF4Trc' style='border:none;' allowfullscreen]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


