Interposta.Info

Çempionlar Liqasında maraqlı gecə —

İdman
 8-03-2017, 11:29     545

Çempionlar Liqasında maraqlı gecə —

Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşib.

Ölkə.Az xəbər verir ki, Almaniyanın “Bavariya” klubu səfərdə İngiltərənin “Arsenal” komandasının qonağı olub.

İlk oyunda olduğu kimi, bu qarşılaşmada Ançelottinin yetirmələrinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 20 dəqiqədə meydan sahibləri açıblar. Teo Uolkott adını tabloya yazdırıb. 53-cü dəqiqədə Loran Koselninin qırmızı vərəqə alması oyunda geri dönüş nöqtəsi olub. Robert Levandovski 55-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərərək hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Aryen Robben “Bavariya”ı hesabda irəli çıxarıb. 78-də Duqlas Kostan üçüncü topu “Arsenal”nın qapısından keeçirib. 80 və 85-ci dəqiqələrdə isə Arturo Vidal dubla imza oyunda son nöqtəni qoyub.



Günün ikinci qarşılaşmasında İtaliyanın “Napoli” klubu İspaniyanın “Real” komandasını qəbul edib. Maraqlısı odur ki, bu qarşılaşmada da ilk oyundakı nəticə qeydə alınıb. Çempionlar Liqasının son qalibi bu görüşdə eyni ssenari ilə qalib gəlib.

Hesabı 24-cü dəqiqədə Dres Martens açıb. 52-ci dəqiqədə küncə zərbəsindən Serxio Ramos sözün əsl mənasında başını işə salıb - 1:1.

57-ci dəqiqədə Toni Kroosun növbəti künc ötürməsindən sonra Serxio Ramosun zərbəsi Dres Martensə dəyərək meydan sahiblərinin qapısından keçib. Oyunda son nöqtəni isə hakimin əlavə etdiyi dəqiqələrdə Alvaro Morata qoyub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26