Interposta.Info

UEFA Çempionlar Liqası: “Tottenhem” öz meydanında “Ayaks”a uduzdu

İdman
 1-05-2019, 09:21     10 512

Aprelin 30-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.

Mərhələnin açılış görüşündə İngiltərənin “Tottenhem” klubu Hollandiyanın “Ayaks” komandasını qəbul edib.

Görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

Oyunda yeganə qolu 15-ci dəqiqədə Doni van De Bik vurub.

Bu komandaların arasında cavab görüşü mayın 8-də keçiriləcək.

Mərhələnin digər oyunu bu gün, mayın 1-də keçiriləcək. İspaniyanın “Barselona” klubu öz meydanında İngiltərənin “Liverpul” komandasını qəbul edəcək./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26