Interposta.Info

Türkiyə millisi İtaliyaya məğlub oldu (VİDEO)

İdman
 30-03-2022, 09:42     269

Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

"Ay-ulduzlular" evdə İtaliya yığmasını qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ətraflı

Matçda meydan sahibləri açıblar. Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib. Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib. Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.

Qeyd edək ki, Türkiyə və İtaliya yığmaları pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq, DÇ-2022-dən kənarda qalıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26