Interposta.Info

Edin Ceko ilk qolunu vurdu, “Neftçi” məğlub oldu - YENİLƏNİB + VİDEO

İdman
 15-07-2023, 17:29     437

Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Match TV” Kubokunda sonuncu oyununu keçirib.

"İnterPosta"xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşıb və minimal hesabla məğlub olub - 0:1.

Yeganə qolu 71-ci dəqiqədə Edin Ceko vurub. Bu, Cekonun “Fənərbağça”nın heyətində ilk qolu olub.

09:08

Sankt-Peterburqda təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün “Match TV” Kubokunda sonuncu oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.

Saat 15:00-da start götürəcək matçla turnirə yekun vurulacaq. Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olacaq.

Qeyd edək ki, Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub. Komanda bu nəticə ilə 4 komandalı turnirdə axırıncı yeri tutur. “Fənərbağça”nın isə 1 xalı var. “Neftçi” turnirdə sonuncu olmamaq üçün qələbə qazanmalıdır.

“Match TV” Kuboku

III tur

15 iyul

15:00. “Neftçi” (Azərbaycan) - “Fənərbağça” (Türkiyə)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26