Interposta.Info

"Sabah" Gürcüstanda qələbə qazandı (VİDEO)

İdman
 21-07-2021, 10:35     115 889

Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan "Sabah” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

"İnterPosta" xəbər verir ki, Bakı klubu yerli "Şukura” (Kobuleti) ilə qarşılaşıb. "Zestafoni”nin təlim-məşq bazasının meydançasında keçirilən oyun "Sabah"ın minimal hesablı qələbəsilə yekunlaşıb. Yeganə qola qarşılaşmanın 67-ci dəqiqəsində Xulio Rodriqes imza atıb.

Baş məşqçi Ramin Quliyevin start heyəti aşağıdakı kimi olub:

Səlahət Ağayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Şakir Seyidov, Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Coy-Lens Mikels, Ozan Can Kökcü, Xulio Rodriqes.

"Sabah” Tbilisi toplanışında növbəti oyununu iyulun 23-də Gürcüstan klubu "Samqurali”yə qarşı keçirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26