Interposta.Info

"Qarabağ" Bolqarıstan klubuna qalib gəldi

İdman
 8-07-2021, 08:41     107 778

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

"İnterPosta" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşıb.

Sofiya təmsilçisi ilə oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib. Qarşılaşma Ağdam klubunun qələbəsiylə başa çatıb.

"Qarabağ” Avstriya toplanışında Rusiyanın "Arsenal” (Tula) və Almaniyanın "Auqsburq” komandaları ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
7 iyul

Qarabağ – ÇSKA (Sofiya) 1:0
Qol: Musa Qurbanlı, 69.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26