Interposta.Info

"Qarabağ" "Visla"ya uduzdu

İdman
 25-01-2020, 22:05     438

"Qarabağ" bu gün ikinci, Antalya toplanışı çərçivəsində isə sonuncu yoxlama matçına çıxıb.

Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu "Visla" (Polşa) ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarını Mahir Emreli (18-pen.) və Xaymer Romero (52) vurub.

Qeyd edək ki, "Qarabağ" günün ilk sınaq matçında Çexiya təmsilçisi "Siqma"ya uduzub - 1:3.

Xatırladaq ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə üstələyib - 1:0./qol.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26