Interposta.Info

"Qarabağ" Antalyada bu komandalarla oynayacaq

İdman
 4-01-2018, 08:47     9 568

"Qarabağ" Antalyadakı qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın artıq bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub. Ağdam təmsilçisi ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq.

Komanda yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları ilə üz-üzə gələcək. "Qarabağ"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası Qurban Qurbanovun futbolçularının rəqibi olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26