Interposta.Info

Milli üzvünə şok xəbər - Evi yandı

İdman
 18-10-2023, 11:36     18 758

Türkiyə millisinin üzvü Salih Özcanın evində yanğın baş verib.

Qaynarinfo-nun məlumatına görə, yanğın futbolçunun Dortmunddakı Feniks Leykin sahlində yerləşən mənzilində olub.

"Bild" qəzetinin verdiyi xəbərə görə, yanğınsöndürənlər yanğını saat yarım ərzində söndürüblər. Yanğının baş verməsinə səbəb elektrik kabelindəki qısaqapanmadan yaranan alovun eyvandakı mebellərə keçməsi olub.

Vəziyyətlə bağlı açıqlama verən Özcan, "Vəziyyətimiz yaxşıdır, Allaha şükür, yalnız maddi ziyan var. Əhəmiyyətlisi yaralananın olmamasıdır" - sözlərini söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26