Interposta.Info

Bakıda məşhur restoran yanğın baş verib - RƏSMİ

Ölkə
 7-02-2018, 21:00     10 582

Bakıda yanğın hadisəsi qeydə alınıb.

interposta.info
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

****

Xocalı prospektində yerləşən məşhur “Sumax” restoranında yanğın baş verib.

interposta.info minval.info-ya istinadən xəbər verir ki, havalandırma sistemində yaranan nasazlıq restoranda yanğının başlamasına səbəb olub.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Restoran yaşayış binasında yerləşdiyi üçün orada yaşayan sakinlər təxliyə olunublar.

Yanğının söndürülməsi üçün işlər aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26