Bakıda ev yandı -

Bakıda yaşayış evində baş verən yanğınla bağlı bəzi detallar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, yanğın baş verən zaman evdə 3 azyaşlı olub. Uşaqların valideynləri həmin vaxt evdə olmayıb. Yanğın alovlanan zaman uşaqlardan ikisi evi tərk edib. Lakin 3 aylıq Cabbar Cəfərovu xilas edən olmayıb və o, yanaraq ölüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Yanğının uşaqların ehtiyatsızlığından baş verməsi də istisna edilmir.
***
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26