Interposta.Info

Bakıda binada yanğın: ölənlər var

Ölkə
 16-03-2019, 09:47     10 703

Bakıda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən İnterPosta.info-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26