Interposta.Info

Mingəçevirdə yanğın: 1 nəfər öldü, 6 nəfər təxliyə edildi

Ölkə
 12-09-2018, 23:02     10 448

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

"XeberBiz" xəbər verir ki, Fövəqladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26