Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə olundu

Sumqayıtda yataqxanada yanğın baş verib.
interposta.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.
Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26