Interposta.Info

Bakıda körpələr evində yanğın olub,

Ölkə
 14-04-2017, 22:08     532

Bakıda körpələr evində yanğın olub.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26